"Sumqayıt" Özbəkistan klubuna uduzdu
Antalyada təlim-məşü toplanışında olan "Sumqayıt" bu gün növbəti yoxlama oyununu keçirib. SportLine.az xəbər verir ki, "kimyaçılar"ın rəqibi Özbəkistan təmsilçisi "Nasaf" olub.
Qarşılaşmanın taleyini bir qol həll edib.
“Sumqayıt” – “Nasaf” (Özbəkistan) - 0:1
“Sumqayıt”ın start heyəti: Tərlan Əhmədli, Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadə, Rail Məlikov, Azər Salahlı, Fərhad Qıstarov, Sergey Çernışev, Nicat Muxtarov, Kamran Abdullazadə, Məhəmməd Qurbanov, Mirabdulla Abbasov