Sumqayıt stadionu sökülür

Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionun dekabrın 20-dən təmirə bağlanacağını bildirmişdik.

Sportline.az istinadən xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamına əsasən ölkənin 3-cü ən böyük şəhərinin arenasının yenidən qurulması üçün ilkin olaraq 5 milyon manat ayrılıb.

1966-cı ildə istifadəyə verilən, geridə qalan 53 ildə bir çox beynəlxalq oyuna şahidlik edən “Mehdi Hüseynzadə”də söküntü işlərinə srat verilib.

Yenidənqurma işlərindən sonra arenanın azarkeş tutumu 16 min, daha dədiq desək, 15900 nəfərə çatdırılacaq. Köhnə stadionda meydanın kənarında qaçış zolağı var idisə, təmirdən sonra bu olmayacaq.

Yəni arena sırf futbol üçün nəzərdə tutulub. Stadionun ətrafında yardımçı meydanların salınması planlaşdırılır. Bundan başqa, güləş, cüdo və boks zallarının istifadəyə verilməsi gözlənilir.

Üzgüçülük hovuzu, suana və fitnes zalları da idmançıların ixtiyarına veriləcək. Layihəyə əsasən, stadionun ərazisində otel inşa olunacaq.

İşlər plan üzrə getsə, yenilənmiş Mehdi Hüseynzadə adına stadion 2020-ci ilin noyabrında qapılarını idmansevərlərin üzünə açacaq.

sportinfo.az