“Sumqayıt” Türkiyə toplanışı davam edir
“Sumqayıt” Türkiyənin Bolu bölgəsində hazırlığını davam etdirir. SportLine.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “gənclik şəhəri” təmsilçisi dünən bir məşqlə kifayətlənib.
Komanda baş məşqçi Samir Abasovun rəhbərliyi altında axşam məşqini keçirib. Daha çox toplu çalışmalara üstünlük verən “kimyaçılar” bəzi taktiki gedişlər və standard vəziyyətlər üzərində işləyib. Bundan başqa, futbolçuların sürət dözümlüyü yoxlanılıb.
Qeyd edək ki, "Sumqayıt" FKbu gün 2 məşqə çıxacaq.