Sumqayıtda "kimyaçılar" sevindi
Bu gün Topaz Premyer Liqasında 2016-cı ilin son turunun görüşləri keçiriləcək. SportLine.az xəbər verir ki, günün maraqlı görüşlərindən biri Sumqayıtda olacaq. Burada yerli komanda "Zirə"ni qəbul edəcək.
Turnir cədvəlində qonşu pillələrdə qərarlaşan komandaların dueli gərgin mübarizə vəd edir.
17 dekabr 2016
TPL, 14-cü tur
"Sumqayıt" - "Zirə" - 1:0
QOL: Mirabdulla Abbasov, 15 (1:0)
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Vüqar Bayramov, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Kərim Ağayev
Sumqayıt şəhər stadionu
Standings provided by Sofascore LiveScore