"Sumqayıt"a yaxşı pul qazanmaq istəyəndə getmək lazımdır"

"2018-ci ildə "Stal"dan ayrıldıqdan sonra Ukrayna və Azərbaycandan təkliflərim var idi".

Sportline.az xəbər verir ki, bunu Ukraynanın I Divizionunda mübarizə aparan "Minay" klubunun futbolçusu Anatoli Nuriyev çempionatın rəsmi saytına açıqlamasında deyib. 

24 yaşlı hücumçu bildirib ki, həmin vaxt "Sumqayıt" onun xidmətində maraqlı olub: "Məni öz sıralarına qatmaq istəyirdilər. Amma düşündüm ki, ora karyeramın sonunda, yaxşı pul qazanmaq istəyəndə getmək lazımdır. Çünki oynamaq və inkişaf etmək istəyirdim. Zaman göstərdi ki, "Minay" variantını əbəs yerə seçməmişəm".

Qeyd edək ki, 2018-ci ildən "Minay"da çıxış edən Anatoli Nuriyev 41 oyunda meydana çıxıb və 21 qol vurub.