"Sumqayıt"dan daha bir transfer
Yeni mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.
SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, ötən mövsümü “Qəbələ”də keçirən Rəşad Eyyubovla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 24 yaşlı futbolçu milli komandamızda da çıxış edib.