“Sumqayıt”ın Antalya proqramı

“Sumqayıt” dövrələrarası fasilədə hazırlığın birinci mərhələsini başa vurmaq üzrədi. SportLine.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “gənclik şəhəri” təmsilçisi ötən mövsüm olduğu kimi, təlim-məşq toplanışının növbəti mərhələsini Türkiyədə keçəcək.

Yanvarın 10-da səhər saatlarında qonşu ölkəyə yola düşəcək komanda 10 gün hazırlıq prosesi keçəcək. Samir Abasovun kollektivi bu müddətdə Antalyada "The Sense De Luxe" otelində məşkunlaşacaq.

“Sumqayıt” Türkiyədə olduğu müddətdə 3 yoxlama oyunu keçirəcək. Rəqiblərdən ikisi “Nasaf” (Özbəkistan) və “Skenderbeu” (Albaniya) klubları olacaq.

Banner