"Sumqayıt" Qəbələdən xalla dönür
Bu gün Topaz Premyer Liqasında III dövrə start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Açılış matçı Qəbələdə olacaq. Burada yerli komanda "Sumqayıt"la münasibətləri aydınlaşdıracaq.
"Radarlar" zirvəyə yüksəlmək üçün qələbə qazanmalıdırlar. "Kimyaçılar" isə 4-cü pillədə möhkəmlənmək üçün qələbəyə iddialıdırlar.
28 yanvar 2017
TPL, 15-ci tur
“Qəbələ” – “Sumqayıt” - 1:1
QOLLAR: Vitali Vernidub, 59 - Məhəmməd Qurbanov, 53
İlk 2 dövrədəki oyunlar: 2:0, 2:2
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu
Standings provided by Sofascore LiveScore