"Sumqayıt"ın rəqibindən qələbə

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sumqayıt”ın rəqibi olan “Çukariçki” növbəti yoxlama oyunu keçirib.

Sportline.az xəbər verir ki, Serbiya təmsilçisi Sloveniyanın "Olimpiya" klubu ilə qarşılaşıb. Matç "Çukariçki"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Çukariçki” “Sumqayıt”la ilk oyununu iyulun 22-də Serbiyada keçirəcək. Cavab görüşü isə iyulun 29-da Sumqayıtda olacaq.