Super Liqa klubu baş məşqçi ilə vidalaşdı

Türkiyə Super Liqasında mövsümün növbəti baş məşqçi istefası olub.

Sportline.az xəbər verir ki, "Hatayspor" Serkan Özbalta ilə yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

43 yaşlı mütəxəssislə sözləşməyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, 7 turdan sonra 1 xal toplayan "Hatayspor" Super Liqada turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.