Super Liqada hakim döyüldü
Türkiyə Super Liqasında keçirilən "Trabzonspor" - "Fənərbaxça" oyununda xoşagəlməz hadisə yaşanıb. SportLine.az xəbər verir ki, matçın sonlarına yaxın yerli azarkeşlərdən birinin meydana daxil olub əlavə köməkçi hakimi döyməsi vəziyyəti gərginləşdirib. Nəticədə, oyun yarımçıq dayandırılıb.
Qeyd edək ki, hadisələr "Fənərbaxça" 4:0 hesabı ilə qalib gələrkən olub.