Super Liqada son tur: "Beşiktaş" məğlub oldu
Türkiyə Super Liqasında mövsümün son turuna start verilib. SportLine.az xəbər verir ki, oyun günündə üç qarşılaşma keçirilib.
Artıq çempionluğu rəsmiləşdirmiş "Beşiktaş" "Konyaspor"un qonağı olub. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
Digər matçlarda "Bursaspor" "Mersin İdman Yurdu"nu, "Başakşəhər" isə "Rizəspor"u üstələyib.
18 may 2016
Super Liqa, 34-cü tur
"Konyaspor" - "Beşiktaş" - 2:1
QOLLAR: Xose Sosa, 19 (0:1); Abdou Razak Traore, 21 (1:1); Samuel Holmen, 22 (2:1)
"Mersin İdman Yurdu" - "Bursaspor" - 2:5
QOLLAR: Kubilay Kantsızkuş, 3 (0:1); Kubilay Kantsızkuş, 26 (0:2); Mahmut Metin, 27 (1:2); Pablo Martin Batalla, 55 (1:3); Talha Çalışkan, 74 (1:4); Gökhan Akkan, 84 (2:4); Furkan Ünver, 90 (2:5)
"Başakşəhər" - "Rizəspor" - 1:0
QOL: Edin Visşa, 80 (1:0)