Super Liqada yeni baş məşqçi

"İstanbulspor"un yeni baş məşqçisi məlum olub.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, Superliqa təmsilçisini Fatih Tekke çalışdıracaq.

45 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb. O, bu vəzifədə ötən gün istefaya göndərilən Osman Zeki Korkmazı əvəzləyib.

Qeyd edək ki, Fatih Tekke 2018-2019, 2020-2021-ci illərdə də "İstanbulspor"u çalışdırıb. 

Əlavə edək ki, "İstanbulspor" hazırda turnir cədvəlində 8 xalla 19 komanda arasında 16-cıdır.