Super Liqanın dayandırılmamasına xüsusi reaksiya

"Qalatasaray"ın qapıçısı Fernando Muslera Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemirin Superliqanın davam edəcəyi ilə bağlı açıqlamasını sərt qarşılayıb.

Sportline.az xəbər verir ki, uruqvaylı qolkiper Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın koronavirusla bağlı yeni qərarları açıqladığı toplantıda aralarında bir oturacaq boşluq olan millət vəkillərinin şəklini paylaşaraq "Doğrudan məyusam. Rəqiblərimizə qarşı belə müdafiə olunacağıq?"- yazıb.

 
Qeyd edək ki, Türkiyə Superliqasının dayandırılması gözlənilsə də, federasiya rəhbərliyi bu addımı atmağa tələsmir.