Super Liqanın yeni klubundan "Qalatasaray"a təklif

Yeni mövsümdən Türkiyə Super Liqasında mübarizə aparan "Bodrumspor" heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Sportline.az Fanatik.com.tr-ə istinadla xəbər verir ki, "Bodrumspor" Taylan Antalyalı üçün "Qalatasaray"a rəsmi təklif göndərib.

26 yaşlı futbolçu ilə "Konyaspor"un da marağlandığı bildirilir.

Qeyd edək ki, ötən mövsümü icarə əsasında "Samsunspor"da keçirən Taylan 26 matçda 2 qolla yadda qalıb.