Superkubok üçün namizəd şəhərlərin siyahısı bəlli oldu
UEFA 2020-ci ildə keçiriləcək Superkubok matçına ev sahibliyi etmək istəyən şəhərlərin siyahısını tərtib edib. SportLine.az xəbər verir ki, 9 şəhər bu görüş üçün namizədliyini irəli sürüb:
Albaniya ("Milli Arena", Tirana)
Belarus ( “Dinamo", Minsk)
İsrail ("Sammi Ofer", Hayfa)
Qazaxıstan (Mərkəzi stadion, Almatı)
Moldova ("Zimbru", Kişnyov)
Portuqaliya ("Draqau", Portu)
Şimali İrlandiya ("Vindzor Park", Belfast)
Finlandiya (Olimpiya stadionu, Helsinki)
Fransa ("Qrand Ştad", Nitsa)
Qeyd edək ki, qalib şəhərin adı may ayında açıqlanacaq.