"Survivor" Pərviz Abdullayevi təqdim etdi

Kikboks üzrə dünya çempionu Pərviz Abdullayev (Kobra Pərviz) Türkiyənin məşhur "Survivor” yarışmasına qatılacaq.

Sportline.az xəbər verir ki, artıq yarışın rəsmi "Youtube" kanalı yeni iştirakçıları təqdim edib. 

Qeyd edək ki, Acun Ilıcalının rəhbəri və aparıcısı olduğu, Dominikan adasında keçirilən "Survivor” fevralın 16-da TV8-də yayıma başlayacaq.