Sxadadzeni ispan əvəzlədi

"Kayrat"ın yeni baş məşqçisi ictimaiyyətə təqdim olunub. Sportline.az klubun rəsmi Tvitter səhifəsinə istinadən  xəbər verir ki, komandanın sükanı ispaniyalı Karlos Alos Ferrerə həvalə edilib. Qazaxlar onunla ilin sonunadək müqavilə bağlayıblar.Xatırladaq ki, Ferrer  bu vəzifədə Bakı “İnter”inin sabiq baş məşqçisi Kaxaber Sxadadzeni əvəzləyib. Gürcüstanlı mütəxəssis “Kayrat”ın Avropa Liqasının 2-ci təsnifat mərhələsində mübarizəni dayandırmasından sonra  istefa verib.