Syomin "Lokomotiv"dən getdi
Rusiyanın "Lokomotiv" klubu baş məşqçisi Yuri Syominlə yollarını ayırıb.
Sportline.az xəbər verir ki, rəhbərlik mayın 31-də müqaviləsi başa çatacaq mütəxəssislə əməkdaşlığa son qoyub.
Paytaxt klubu xidmətlərinə görə Syominə təşəkkür edib. Təcrübəli mütəxəssisi Marko Nikoliç əvəzləyib. Serbiyalı baş məşqçi yeni işinin icrasına iyunun 1-də başlayacaq.
Qeyd edək ki, Aleksandr Syomin 2013/2014 mövsümündə "Qəbələ"də çalışıb. Onun rəhbərliyi altında "qırmızı-qaralar" Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı və ölkə kubokunun finalçısı olub. Syomin ən böyük uğurlarını "Lokomotiv"də əldə edib. O, 3 dəfə Rusiya çempionluğu, 6 dəfə ölkə kuboku və 3 dəfə Superkubok qazanıb. Ukraynanın "Dinamo" (Kiyev) komandasında işlədiyi vaxt isə Syomin çempionluq və Superkubok titullarına sahib olub.