Syomin Samedovla bağlı son qərarı açıqladı

"Bu məsələ artıq qapanıb. Onun geriyə yolu yoxdur". Sportline.az xəbər verir ki, Aleksandr Samedovun "Lokomotiv"dən ayrılması məsələsi ilə bağlı  bu fikri baş məşqçi Yuri Syomin açıqlayıb. Rusiya mətbuatına müsahibəsində futbolçunun qərarına hörmətlə yanaşdığını deyən təcrübəli mütəxəssis, onu zorla saxlamaq niyyətlərində olmadıqlarını vurğulayıb: "Samedov özü bu yolu seçdi. Klub onun müəyyən məbləğ müqabilində başqa kluba keçidinə əngəl törətməyəcək". Xatırladaq ki, "Loko" rəhbərliyi Samedovu transfer etmək istəyində olan "Spartak"dan 5 milyon avro tələb edir.