Tadiç "Atletiko"ya transfer olacaq
"Fənərbağça"dan azad agent kimi ayrılan sloveniyalı futbolçu Duşan Tadiç karyerasını İspaniya La Liqasında davam etdirəcək.
Sportline.az "TRT Spor" kanalına istinadən xəbər verir ki, "Atletiko Madrid" Tadiçi transfer etməyə yaxındır.
36 yaşlı futbolçu karyerası ərzində "Fənərbağça" ilə yanaşı, "Voyodina", "Qroningen", "Sounthempton" və "Ayaks" kimi klublarda çıxış edib.