Taekvondoçularımız dünya çempionatının yarımfinalında

İngiltərənin Mançester şəhərində taekvondo üzrə dünya çempionatı davam edir.

Sportline.az xəbər verir ki, yarışın dördüncü günü Azərbaycan seçməsi üçün yaddaqalan olub.

İki təmsilçimiz yarımfinala yüksəlib. Qadınların yarışında 67 kq çəki dərəcəsində mübarizə aparan Fəridə Əzizova 1/4 finalda Fil Dişi Sahili təmsilçisinə, kişilərin yarışında isə 80 kq çəkidə Milad Beigi Harçeqani Moldova təmsilçisinə qalib gəlib. Bu nəticə ilə də, iştirakçılar yarmfinala adlayıblar.