Tahir Süleymanov: "Öz psixoloji durumunuza əl gəzdirin"

"Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov komandanın hazırkı durumu ilə bağlı fikirlərini bölüşüb.

Sportline.az xəbər verir ki, o, "Keşlə" ilə oyundan sonra şəxsi "facebook" səhifəsində, komandanın baş məşqçisi Roberto Bordini və rəhbərliyi tənqid edib: "Ötən mövsüm "Zirə"yə yaradılan şərait dərs olmadı... Oyun, taktika, heyət seçimi öz yerində... İndi də "Keşlə"ni "Bakcell Arena"da "ev" sahibi et ki, növbəti tur "Neftçi"dən xallar alsınlar... 

5-10 manatlıq icarə haqqı ehtiyatda oturan Platellasın aylıq maaşının yarısı etmir, xallar isə gedir...

Psixoloji durum klub/komandada necə yaranır, necə yaradılır ki...?!

A seriyası səviyyəsində illərini keçirmiş Bordin "piyada" "Bakı birinciliyi"ndə "Neftçi" kimi klubun psixoloji təzyiqindən, gərginliyindən dəm vurur...

"Neftçi" ruhu hər zaman yerindədi... Cavabdehlərlə yığışın, nərd oynaya-oynaya, çay içə-içə öz psixoloji durumunuza əl gəzdirin, tənzimləyin...

Ayına "paçka"larla maaş, "paket" alanların psixoloji ruhu, kefləri niyə yerində olmasın ki...?

Göydən 3 alma düşdü... Nağıllar isə hələ bitməyib, hələ davam edir.."