Talişka yenidən diqqət mərkəzində
Bir müddət əvvəl sürpriz şəkildə Türkiyənin "Fənərbağça" klubundan ayrılan braziliyalı ulduz Anderson Taliska yenə futbol azarkeşlərinin diqqət mərkəzinə düşüb.
Sportline.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Cəzirə" klubunun şərəfini qoruyan 32 yaşlı hücumçu nümayiş etdirdiyi mükəmməl oyunla "Fənərbağça" rəhbərliyini peşman edib. Çıxdığı 2 matçda 2 qol vuran təcrübəli hücumçu hər iki oyunun ən yaxşı futbolçusu seçilib. Anderson Taliska sürəti, dəqiq ötürmələri və futbol zəkası sayəsində "Əl-Cəzirə" azarkeşlərindən alqış toplayıb.
Türkiyə mediası Taliskanın oyunu barədə çoxsaylı xəbərlər yayımlayıb. Mütəxəssislər belə bir futbolçunu klubda saxlamadığı üçün "Fənərbağça" rəhbərliyini sərt tənqid edib.