Talişkanın menecerindən açıqlama gəlib

“Fənərbağça” klubu “Əl-Nəsr”in brazilyalı futbolçusu Anderson Talişkanı transfer etməkdə israrlıdır.

Sportline.az “GOAL” nəşrinə istinadən xəbər verir ki, Talişkanın meneceri Karlos Leyte bu keçidlə bağlı öz fikrini bildirib.

“Fənərbağça” Talişkanı yanvarda heyətinə qatmaq istəyir. Bu doğrudur. Ancaq tərəflərin razılaşma xəbəri doğru deyil. Heç bir razılaşma yoxdur”.

Qeyd edək ki, Talişkanın hazır ki dəyəri "Transfermarkt" portalına görə 13 milyon avrodur.