Talişkanın mükəmməl zərbəsinin sürəti bilindi
Türkiyə Super Liqasının 30-cu turunda "Trabzonspor"u qəbul edən "Fənərbağça" 4-1 hesablı qələbə qazanıb.
Sportline.az xəbər verir ki, istanbulluların bu uğurunda Anderson Talişka başlıca rol oynayıb.
Braziliyalı futbolçu het-triklə komandasının qələbəsinə xüsusi töhvə verib.
Onun sonuncu qolda endirdiyi zərbənin sürəti isə saatda 107 km. olub.