Tanınmış futbolçu deputatlığa namizəd oldu

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Sportline.az xəbər verir ki, millət vəkili olmaq istrəyənlər arasında Azərbaycan futbolunun tanınmış simalarından Alay Bəhramov da var. Veteran futbolçu 70 saylı Masallı şəhər seçki dairəsindən namizədliyini irəli sürüb.

Vaxtilə "Viləş" və "Şəmkir" klublarında çıxış etmiş Bəhramov 2 dəfə - 1998-1999 və 2001-2002 mövsümlərində Azərbaycan Premyer Liqasının bombardiri olub.