Tati Kastelyanos Londona köçəcək

“Latsio”nun 27 yaşlı forvardı Tati Kastelyanos karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sportline.az xəbər verir ki, "Vest Hem" argentinalı futbolçunu heyətinə qatıb.

Bu haqda London klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, T.Kastelyanos cari mövsüm meydana çıxdığı 12 matçda 2 qol, 3 asistlə yadda qalıb.