Tayrik Corc "Çelsi"dən ayrılmaq fikrinə düşüb
"Çelsi"nin ingiltərəli futbolçusu Tayrik Corc klubdaki mövqeyindən narazıdır.
Sportline.az xəbər verir ki, oyunçu daha çox oynaya biləcəyi kluba transfer olmaq istəyir.
Bu haqda "Caught Offside" nəşri məlumat yayıb.
Qeyd edək ki, T.Corc cari mövsüm meydana çıxdığı 13 matçda 4 qol, 1 asistlə yadda qalıb.