Taysonun atası oğlundan narahatdır
Ağır çəkidə WBC versiyası üzrə çempion Tayson Fyurinin atası Con Fyuri oğlunun WBA, IBF və WBO versiyaları üzrə dünya çempionu Aleksandr Usiklə gözlənilən döyüşü ilə bağlı narahatlığını gizlətməyib.
Sportline.az xəbər verir ki, o, gələn il fevralın 17-də Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil olunacaq döyüş haqqında danışarkən bunları deyib:
"Tayson son vaxtlarda bütün karyerasında aldığı zərbələrdən daha çox zərbə alır. Bu isə onun karyerasını bitirə bilər. Biz bundan çox narahatıq. Tayson gözəl insandır. Amma bəzən daha ağıllı qərarlar vermək lazım gəlir".
O, həmçinin Aleksandr Usikin hiyləgər boksçu olduğunu və oğlunun daha çox gücə yox, ağıla üstünlük verməli olduğunu vurğulayıb.