Tayvan idmançısı Çin formasını geyindiyi üçün cəzalanacaq

Pekin-2022 Qış Olimpiya Oyunlarında iştirak edən Tayvanın qadın konkisürəni Xuan Yuytin cəzalanacaq.

Sportline.az "Eurosport.de" nəşrinə istinadən xəbər verir ki, buna 34 yaşlı idmançının yarışdan əvvəl məşqə Çin formasını xatırladan kostyumda çıxması səbəb olub.

Yuytin çinli dostlarından hədiyyə olaraq aldığı formanı geyinib və məşqdən fotosunu sosial şəbəkədə yayımlayıb. Onun bu hərəkəti Tayvanda narazılığa səbəb olub.

Ölkənin baş naziri Su Çjençan idmançıya qarşı araşdırma aparılmasına göstəriş verib. O, bununla bağlı Təhsil - İdman Komitəsinə də müraciət edib. Konkisürən tənqidlərdən sonra həmin fotonu silib.