Azarkeşlərin qatıldığı "Təbəssüm Yarat" xeyriyyə komandasından nümunəvi addım

Azərbaycanlı azarkeşlərin qatıldğı "Təbəssüm Yarat" xeyriyyə komandası növbəti səfərini tamamlayıb.

Sportline.az xəbər verir ki, bu dəfə "Təbəssüm Yarat" komandası Gədəbəyin "Arıxdam", "Soyuqbulaq", "Gərgər", "Şəkərbəy", "Hərkinaz", "Qızıltorpaq", "Əmiraslanlı", "Şəhər 2" kəndlərinin uşaqlarını sevindirib.

Layihə çərçivəsində 100-ə yaxın balacaya qışlıq paltar (gödəkçə, əlcək, papaq, şərf), çanta və ayaqqabı, həmçinin qarşıdan gələn Yeni il bayramı üçün hədiyyələr verilib.