Təbriz Həsənov: "Səhvlərimizdən nəticə çıxarmalıyıq"
19 yaşadək futbolçulardan ibarət milli komandanın baş məşqçisi Təbriz Həsənov Qazaxıstanla görüşdən sonra fikirlərini bölüşüb. SportLine.az xəbər verir ki, mütəxəssis bunları deyib:
“Maraqlı oyun oldu. Birinci oyunumuzda olduğu kimi, xeyli qol epizodu yaratdıq. Təəssüf ki, yalnız 2 qol vura bildik. Müdafiə xəttində bir qədər çatışmazlıq var. Ümumilikdə bu oyunlar, bu turnir bizim üçün çox əhəmiyyətlidir. Səhvlərmizdən nəticə çıxarmalı, növbəti qarşılaşmalarda əvvəlki oyunlarla müqayisədə daha yaxşı futbol nümayiş etdirməliyik”.
Xatırladaq ki, Qazaxıstan - Azərbaycan matçı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.