Təcrübəli qapıçıya Türkiyədən təklif

"Beşiktaş"ın qapıçısı Ersin Destanoğlu komandadan ayrıla bilər.

Sportline.az Ntv.spor.net-ə istinadla xəbər verir ki, futbolçunun transferində "Çaykur Rizəspor" maraqlıdır.

23 yaşlı qapıçının klubu tərk etməyə yaxın olduğu bildirilir.

Qeyd edək ki, bu mövsüm heç bir oyunda meydana çıxmayan futbolçu ötən mövsüm 14 oyunda iştirak edib,qapısında 20 qol görüb.