"Təkliflərin gəlməsi normaldır" - Maksim Medvedev
"Qarabağ"ın futbolçusu Maksim Medvedev Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Roma" ilə oyun öncəsi keçirilən mətbuat konfransında iştirak edib. SportLine.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Rəqibi tanıyırıq. Təzyiq olmadan meydana çıxacağıq. Bu oyundan sonra "Roma"nın taleyi aydın olacaq.
- Böyük oyuna ciddi itkilərlə çıxacaqsınız...
- 2 təcrübəli müdafiəçi olmayacaq. Amma onları əvəzləyəcək futbolçular var. "Roma" ilə hər zaman belə oyunlara çıxmırıq.
- Sənə təkliflər gəlib?
- 5 ildir Avropa səviyyəsində oynayır, təcrübə toplayırıq. Başabaş mübarizə aparırıqsa, hər bir futbolçumuz xaricdə oynaya bilər. Bizi skautlar izləyirlər. Təkliflərin gəlməsi normaldır.
- Karyeran boyu "Qarabağ"da oynamısan. Rəşad Sadıqovun mahiyyəti nədir?
- Çalışacağam ki, mən də bütün komanda yoldaşlarıma dəstək olum. Onun futbolçularla davranışlarını təkrarlamağa çalışacağam.