Tennisçilərin beynəlxalq turniri davam edir
Tennisçilərin Sankt-Peterburq turnirində 1/16 final davam edir.
Sportline.az xəbər verir ki, mərhələnin maraqla gözlənilən qarşılaşmalarından birində Amerika Birləşmiş Ştatları idmançısı Ceffri Con Vulfla kanadalı Miloş Raoniç qarşılaşıb. 1 saat 37 dəqiqə davam edən görüşün ilk setində kanadalı raketka ustası 7:6 hesabı ilə qalib gəlib. Təşəbbüsü əldən verməyən Raoniç 2-ci hissədə də qələbə qazanaraq 1/8 finala yüksəlib.
Daha bir görüşdə isə xorvatiyalı Borna Çoriç və ispaniyalı Felisiano Lopes üz-üzə gəlib. Duel 1 saat 39 dəqiqə çəkib. Çoriç ilk setdə rəqibini məğlub edib: 6-3. Növbəti hissədə də rəqibindən üstün olan xorvatiyalı raketka ustası mərhələ adlayıb.
Turnirə oktyabrın 18-də yekun vurulacaq.