Teo "Milan"dan ayrılmaq istəyir
"Milan"ın fransalı futbolçusu Teo Hernandez mövsümün sonunda klubdan ayrılmaq qərarına gəlib.
Sportline.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "Real Madrid" və "Mançester Siti" Teo ilə yaxından maraqlanır.
27 yaşlı futbolçunun transfer qiyməti 50 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Teo Hernandez cari mövsüm çıxış etdiyi 36 matçda 4 qol və 5 asistlə yadda qalıb.