Terim rəsmən "Qalatasaray"da
"Qalatasaray" klubu Fatih Terimin qayıdışını rəsmiləşdirib.
Sportline.az xəbər verir ki, 64 yaşlı mütəxəssis 1,5 illik anlaşmaya qol çəkib.
Qeyd edək ki, Fatih Terim 1996 - 2000, 2002 - 2004 və 2011 - 2013-cü illərdə də "Qalatasaray"ın baş məşqçisi olub. O, "sarı-qırmızılar"a 6 dəfə Türkiyə çempionluğu, 4 dəfə Türkiyə Super Kuboku, 2 dəfə ölkə kuboku, 1 dəfə UEFA Kuboku, 1 dəfə isə "Emirates Cup" qazandırıb.