Tərlan Əhmədli: "Qarabağ" bizdə elə inam yaradıb ki..."

"Qarabağ" bizdə elə inam yaradıb ki, hamı onların Çempionlar Liqasının qrupuna düşməyini arzulayır".

Bu sözləri Sportline.az saytına açıqlamasında "Turan Tovuz"un qapıçısı Tərlan Əhmədli bildirib.

Tərlan "Qarabağ"ın "Viktoriya"nı keçəcəyinə ümid edir: "Qarabağ"ın "Viktoriya"nı keçəcək gücü var. Məncə, bunu bacaraqlar. İkinci dəfə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlsələr, bu, ölkə futbolu adına mühüm hadisə olacaq. "Qarabağ" güclü komandadır. Onlara uğurlar arzu edirəm".