Təxirə salınmış oyunun vaxtı müəyyənləşdi

Futzal üzrə Yüksək Liqanın 21-ci turundan təxirə salınmış "Xəmsə" - "Araz" oyununun vaxtı bəlli olub.

SportLine.az xəbər verir ki, qarşılaşma martın 25-də, saat 13:00-da keçiriləcək. 

Oyunu Azər Əsgərov, Azad Hüseynov və Yusif Nurullayevdən ibarət hakimlər briqadası idarə edəcək.