Teymur Rəcəbov: "Fiqurları dəyişsək belə vəziyyət düzəlmədi"
Mərhum qrossmeysterimiz Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" turnirində IV tur yekunlaşıb.
Sportline.az xəbər verir ki, Aniş Giri ilə heç-heçə edən Teymur Rəcəbov mətbuat konfransında görüşlə bağlı təəssüratlarını bölüşüb:
"Oyunda fərqli gedişlər görmədik. Bərabər mübarizə getdi. Heç kim üstünlük qazanmadı. Fiqurları dəyişsək belə vəziyyət düzəlmədi. Belə güclü turnirdə, adətən, risk az olur. Bu mənada heç-heçə qaçılmaz oldu".
Rəcəbovun rəqibi Aniş Giri ağ fiqurlarla oynamasına baxmayaraq hücum qurmaqda çətinlik çəkdiyini bildirib:
"Əslində belə oyunlarda qara fiqurların qarşısını kəsməyi bacarıram. Hücum qurmaqda isə çətinlik çəkdim. Teymur səhv etmədi. Artıq gedişlərimiz təkrar olunacaqdı. Ona görə heç-heçə normal nəticədir. Hər bir şahmatçı qələbə qazanmaq istəyir, sadəcə həmişə istədiyini əldə etmək olmur".