Teymur Rəcəbov: "Uyğunlaşmaq lazımdır"
Qrossmeyster Teymur Rəcəbov, Onlayn Millətlər Kubokunun 5-6-cı turu barədə, şəxsi "Twitter" hesabında fikirlərini bölüşüb.
Sportline.az xəbər verir ki, 33 yaşlı şahmatçı onlayn şahmata uyğunlaşmaqda çətinlik çəkdiyini bildirib:
"Gözəl oyunlar, çoxlu mübarizə oldu. Vaxt idarəetməsi pisdir. Klassik şahmat rejimində oynayırıq. Uyğunlaşmaq lazımdır. Bunun üçün praktika, praktika və praktika toplamalıyam. 2021-ci ilə doğru formama qayıdacağıma inanıram".
Qeyd edək ki, Teymur Rəcəbovun yer aldığı dünya seçməsi, V turda Avropa seçməsinə (1.5:2.5), VI turda isə Çinə (0,5:3,5) uduzub.
Rəcəbov, hələ ki, onlayn yarışda qələbə qazana bilməyib.