Teymur Rəcəbov yenə qələbəsiz qaldı

Teymur Rəcəbov Onlayn Millətlər Kubokunda növbəti görüşünü keçirib.

Sportline.az xəəəbər verir ki, günün 2-ci qarşılaşmasında çinli Din Lirenlə üz-üzə gələn və ağ fiqurlarla oynayan azərbaycanlı şahmatçı rəqibinə uduzub - 0:1.

T.Rəcəbovun çıxış etdiyi Dünya yığması isə turnirin lideri olan Çin komandası qarşısında aciz qalıb - 0,5:3,5.

33 yaşlı qrossmeyster bugünkü ilk görüşündə Avropa yığmasının lideri Maksim Vaşye-Laqravla sülh bağlayıb.

Dünya yığması sabah ilk görüşünü Çinə, ikinci qarşılaşmasını ABŞ komandasına qarşı keçirəcək.

Millətlər Kuboku

V tur

Dünya yığması - Avropa yığması 1,5:2,5

Teymur Rəcəbov - Maksim Vaşye-Laqrav 0,5:0,5

Alireza Firuzca - Levon Aronyan 0:1

Bassem Amin - Aniş Qiri 1:0

Dinara Saduakasova - Nana Dzaqnidze

VI tur

Dünya yığması - Çin 0,5:3,5

Teymur Rəcəbov - Din Liren - 0:1

Alireza Firuzca - Yi Vey - 0:1

Bassem Amin - Yu Yanyi 0,5:0,5

Mariya Muzıçuk - Ju Venyun 0:1

Qeyd edək ki, 180 000 ABŞ dolları mükafat fonduna malik yarış iki dövrəlik olacaq. İlk mərhələ mayın 9-dək gerçəkləşəcək. Daha sonra iki ən güclü komanda mayın 10-da Superfinalda üz-üzə gələcək.