Teymur Rəcəbovdan gözlənilməz məğlubiyyət
Azərbaycan şahmatçısı Teymur Rəcəbov ispaniyalı Pepe Kuensanın dəvəti ilə qatıldığı onlayn turnirdə məğlub olub.
Sportline.az xəbər verir ki, 33 yaşlı qrossmeyster 1/4 final mərhələsində İspaniya şahmatının parlayan ulduzu David Antonla üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 7:6.
Şahmatçılar hər gedişə 2 saniyə əlavə edilməklə 3 dəqiqəlik qarşılaşmalar keçiriblər. 13 qarşılaşmanın 4-də ispan şahmatçı, 3-də isə Rəcəbov qələbə qazanıb, digər görüşlər heç-heçə yekunlaşıb.
Qeyd edək ki, bu gün start götürən və olimpiya sistemi ilə keçirilən turnir 1/4 final mərhələsindən başlayıb. Yarışda 8 şahmatçı mübarizə aparır.