"The Best" mükafatı ləğv olundu

FIFA bu il "The Best" mükafatını təqdim etməyəcək.

Sportline.az "Marca"ya istinadla xəbər verir ki, sentyabrda keçirilməsi nəzərdə tutulan tədbir koronavirus pandemiyasına görə ləğv edilib.

Hər ilin ən yaxşı futbolçusuna təqdim olunan mükafatın son qalibi "Barselona"nın futbolçusu Lionel Messi olub.