Tiaqo Silvanın oğlu “Çelsi”də

"Çelsi" Tiaqo Silvanın oğlu İsaqo Silva ilə peşəkar müqavilə imzaladığını rəsmi şəkildə təsdiqləyib.

Sportline.az xəbər verir ki, İsaqo noyabr ayında 17 yaşına çatdıqdan sonra ilk peşəkar sözləşməsinə imza atıb.

İsaqo "Çelsi"nin sabiq ulduzu Tiaqo Silvanın böyük oğludur.

O, atası "Stemford Bric"də çıxış etdiyi dövrdə klubun akademiyasına qoşulmuşdu.