Ticcani Reynders “Milan”la yeni müqavilə imzalayıb
“Milan” niderlandlı futbolçusu Ticcani Reynderslə yola davam edəcək.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Reynders “Milan”la 5 illik yeni müqavilə imzalayıb.
26 yaşlı yarımmüdafiəçi 2030-cu ilə qədər “Milan”da çıxış edəcək.
Qeyd edək ki, Reynders bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 40 oyunda 12 qol və 3 asistlə yadda qalıb.