Tino Perez: "İlk oyunun nəticəsindən çox şey asılıdır"
Futzal üzrə milli komandamız Avropa çempionatına hazırlıqları davam etdirir. Baş məşqçi Tino Perez hazırlıq prosesinin gedişi ilə bağlı fikirlərini SportLine.az saytı ilə bölüşüb.
Komandanın tam fiziki hazırlığı ilə bağlı fikir söyləməyin hələ tez olduğunu vurğulayan mütəxəssis, "Bu gün 3-cü məşqçimizə çıxmışıq. Futzalçılar fiziki hazırlıqlarını tədricən bərpa etməkdədirlər", - deyə bildirib.
Millimizi qitə birinciliyində çətin oyunların gözlədiyini qeyd edən Tino Perez ilk qarşılaşmanın onlar üçün əhəmiyyətli olduğunu söyləyib: "Çətin qrupda mübarizə aparacağıq. İlk rəqibimiz son Avropa çempionu İtaliya seçməsidir. Bu oyunun nəticəsindən çox şey asılıdır. Çexiya ilə görüş də çətin keçəcək. İnanıram ki, yaxşı çıxış edib qrup mərhələsini adlayacağıq".
Qeyd edək ki, Serbiyanın paytaxtı Belqradda keçiriləcək Avropa çempionatına fevralın 2-də start veriləcək.