Tofiq Bəhramov imzası

Yunanıstanın "Gazzetta" nəşri futbol tarixinin ən yaxşı 50 qarşılaşmasını müəyyənləşdirir. 

 
Sportline.az xəbər verir ki, nəşrin açıqladığı 22-ci belə matç azərbaycanlı hakim Tofiq Bəhramovun iştirak etdiyi 1966-cı il dünya çempionatının finalıdır.  
 
Həlledici oyun İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda keçirilib. İngiltərə və Almaniya millilərinin qarşılaşmasında əsas vaxt 2:2 hesablı heç-heçə ilə bitib. Əlavə vaxtda təşkilatçı ölkə yığması 2 qol vuraraq tarixində  ilk və hələlik yeganə çempionluğu qazanıb. 
 
Qeyd edək ki, Tofiq Bəhramov əlavə vaxtın 11-ci dəqiqəsində Ceffri Herstin Almaniyanın qapısına vurduğu qolu qeydə almaqla tarixi qərar verib.
report.az