"Tokio 2020": medalların hazırlanma prosesi

2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının medalları təqdim olunub. 

Sportline.az xəbər verir ki, Təşkilat Komitəsinin açıqlamasında qızıl, gümüş və bürünc medalların təkrar emal edilmiş mobil telefon və elektron qurğulardan hazırlandığı vurğulanıb. 

"Yaponiya sakinləri tərəfindən təmin edilən kiçik elektron cihazların emalı sayəsində 5000-ə yaxın medal əldə edildi" - deyə məlumatda bildirilib.  

Qeyd edək ki, "Tokio-2020" gələn il iyulun 24-dən avqustun 9-dək keçiriləcək.